2022.11.24

“Univerium” tələbə şəhərciyində ağacəkmə aksiyası keçirilib

Noyabrın 24-də Univerium kampusunda birgə ağacəkmə aksiyası keçirilib. Ağaclar kampusun ərazisində əkilmişdir, tədbirdə həm tələbələr, həm də Univerium kollektivi iştirak etmişdir.

2022.11.04

"Bridge" Şirkətlər Qrupu 4 Noyabr tarixində Azərbaycan-Türkiyə Biznes Forumu Çərçivəsində Əməkdaşlıq Memorandumu İmzaladı

Noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forumda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay ilə yanaşı iki ölkənin hökumət nümayəndələri və fərqli sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.

Ətraflı>
2022.10.16

"Bazar TurkIsh CuIsIne" restoranın möhətəşəm açılış tədbiri

Oktyabrın 15-16-da yaxın zamanlarda yenidən bərpa edilmiş “Şərq Bazarı” kompleksinin ərazisində yerləşən türk mətbəxi restoranının - “Bazar Turkish Cuisine”nin təntənəli açılışı oldu. Gecənin əsas musiqi qonağı “Havam Yerində”, “Oyna da Oyna”, “Ellerim Bomboş” və bir çox başqa hitləri canlı ifa edən türkiyəli musiqiçi Sinan Erkoç və qrupu olub. Dəvət olunan qonaqlar arasında Azərbaycan şou-biznesinin nümayəndələri - aktyor Müşfiq Şahverdiyev, müğənni Miri Yusif, həmçinin Bridge Group-un biznes tərəfdaşları da olub. Nəfis türk yeməklərinin unudulmaz dadı, desertlərin möhtəşəm təqdimatı, canlı musiqi və bənzərsiz şərq ab-havası qonaqları laqeyd qoymayıb. Hər kəsi restoranımıza türk mətbəxindən dadmağa dəvət edirik!


www.youtube.com
2022.09.14

Bakıda karate üzrə Premyer Liqa turniri keçirilib

Sentyabrın 2-4-də “Bridge Group of Companies”in dəstəyi ilə Karate 1 Premyer Liqasının dünya üzrə əsas karate turnirlərindən biri keçirilib. Premyer Liqa Dünya Çempionatından sonra ikinci ən vacib karate turniridir və yalnız yüksək reytinqli idmançılar iştirak edə bilər. Çempionatı “Bridge” Şirkətlər Qrupunun təsisçisi Yaqub Hüseynov da ziyarət edib.

2022.07.23

Yeni «Bazar Turkish Cuisine» restoranın açılışı

“Bridge Group of Companies” yeni dadlı layihəsi olan – “Bazar” türk mətbəxi restoranını iyulun 23cü təqdim edib. Bu füsunkar məkan yaxın zamanlarda yenidən bərpa edilmiş “Şərq Bazarı”da yerləşir. Dəvət olunan qonaqlar arasında amerikalı muğam həvəskarı Cefri Verbok və fransalı fotojurnalist Reza Dehqati də olub. “Bazar”da yeməklərin hazırlanmasına görə cavabdeh olan Türkiyədən xüsusi olaraq dəvət olunmuş şef-aşpaz türk mətbəxinin ən ləzzətli nümunələrini restoran menyusuna daxil edib. Zəngin menyuda bütün klassik ənənəvi yeməklər qonaqların könlünü oxşayacaq. Belə ki, burada müxtəlif növ kabablar, məzələr, lahmacun və pidelər mis sobada hazırlanır. Həmçinin məşhur və inanılmaz dərəcədə dadlı püstəli katmer də daxil olmaqla, müxtəlif növ desertlərin dadı uzun müddət damağınızdan getməyəcək. Yeni restoranda türk mətbəxinin təamlarından həzz alın!


1news.az
2022.06.13

Bridge Group ailəsində team building tədbiri keçirildi

İyunun 13-də Bridge Group ailəsində team building tədbiri təşkil edilmişdiş Bu müddət ərzində idman oyunları - yoldaşlıq futbol matçı, boulinq və voleybol keçirildi.

Xatırladırıq ki, şirkətimizin dəyərləri şəffaflıq və ədalətlidir və komandamızın şirkətin uğurlu fəaliyyətində böyük rolu var!

2022.06.06

“Bridge Group of Companies” rəhbərin Yaqub Hüseynovun müsahibəsi 1news.az saytında

Bridge Group of Companies rəhbəri Yaqub Hüseynov HamamBath sağlamlıq və istirahət kompleksinin yaranma tarixi ilə bağlı danışdı. O, həmçinin, hamamın qadınlar üçün olan bölməsinin açılışını elan etdi, burada zərif cinsin nümayəndələri sağlamlıq və hamam prosedurlarının bütün ləzzətlərindən istifadə edə biləcəklər.

Müsahibə haqqında daha ətraflı məlumat üçün aşağdaki linkə baxa bilərsiz.


1news.az
2022.06.04

Bridge Group-un yeni Türk mətbəxi restoranını cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyarət etdilər.

Bakıda “Şərq bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

2022.03.16

Univerium yataqxanasında Novruz Bayramı qeyd olundu!

Ən çox sevilən xalq bayramlarından biri olan Novruz Bayramı Univerium hostelində qeyd olundu. Novruz insanların həyatına yaxşılığa doğru dəyişikliklər gətirmək üçün nəzərdə tutulmuş təbiətin bahar dirçəlişini tərənnüm edir. Tələbələri müxtəlif müsabiqələrlə əyləndirən, qaliblərə hədiyyələr təqdim edən bayrama aparıcı dəvət olunub.

Həmçinin Novruz bayramının daimi qonaqları – Kösa və Keçəl, Bahar qızı tələbələri əyləndirdi. Səməni, müsabiqələr, tonqal ətrafında milli yalla rəqsləri - bütün bunlar inanılmaz bayram ab-havası yaratdı. Beynəlxalq tələbələr üçün bu, əsl mədəniyyətə dalmaq idi. Şənlik əyləncəli diskoteka ilə başa çatıb.

2022.03.10

Bridge komandasını təbrik edirik!

Komanda hər həftənin cümə günü saat 19:20-də İTV-də (İctimai Televiziya) yayımlanan Breyn Rinq TV Azərbaycan Çempionatında iştirak edir. Seçmə mərhələ oyunları hər həftə keçirilir, mövsüm 16 oyundan ibarətdir və mövsümün sonunda final olur. Yanvarın 14-də Bridge komandası Bilik Kubokunun qalibi oldu və bununla da Bilik Kubokunun hazırkı mükafatçısi adına layiq görüldü. Yanvarın 21-də komanda Azərbaycan çempionatının ikinci mükafatçısı olub.

Komandaya uğurlarının davamlı olmasını arzu edirik!


youtube.com
2022.03.09

Yeni «Molokan INN» butik otelinin açılışı!

Bu yaxınlarda Bridge Group of Companies tərəfindən tamamilə yeni layihə - hər cür şəraiti olan Molokan INN butik oteli təqdim olundu. Gözəl dördmərtəbəli bina Bakının tam mərkəzində, şəhərin ən qədim parklarından birinin - daha çox Molokan bağı kimi tanınan Xaqani bağının yanında yerləşir.


1news.az
2022.01.24

Yeni "Bridge House Şuşa" hostelinin açılışı!

Sizə Bridge Group of Companies şirkətinin yeni layihəsi olan Bridge House Şuşa hostelini təqdim edirik. Sözügedən hostel Azərbaycanının mədəniyyət və tarix incisi olan Şuşa şəhərində yerləşir. Hostel Qarabağ zonasında işləyən insanların rahatlığını təmin etmək üçün hərtərəfli fəaliyyət göstərir.

2021.11.09

“Global Interiors Group” şirkəti Bakı Ekspo Mərkəzində keçirilən “BAKUBUILD” 2021 sərgisində iştirak edib.

Oktyabrın 20-dən 22-dək Bakıda 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisi - “BakuBuild 2021”, eləcə də çoxdan gözlənilən “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” - 1-ci Azərbaycan Beynəlxalq “Rebuild Karabakh 2021” sərgisi keçirilib. Sərgidə dünyanın 17 ölkəsindən 279 şirkət iştirak edib. Bridge Şirkətlər Qrupunu təmsil edən “Global Interiors Group” şirkəti bu möhtəşəm tədbirdə iştirak edərək məhsul və xidmətlərini geniş ictimaiyyətə təqdim edib. “Global Interiors Group” şirkəti tikinti, interyer və dizayn xidmətləri ilə yanaşı müştərilərə biznes planların və layihə büdcələrin hazırlanması xidmətləri göstərir.

2021.08.26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

Bridge Şirkətlər Qrupunun təhlükəsizlik departamentinin rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı, "Ağdamın işğaldan azad olunması"-na görə, “Suqovuşanin azad olunması”na görə, şücaətə görə, “cəsur döyüşcü” və hərbi xidmətlərə görə 3-cü dərəcəli medallar ilə təltif olunmuş Vüsal Şabanova avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mənzil və avtomobil təqdim olunmuşdur.

Bridge Şirkətlər Qrupu adından təbrik edir və qurur duyuruq!

2021.06.29

“Bridge Group of Companies” ilə iş ortaqlığı

Parlaq bir ideya və aydın iş planınız var, amma həyata keçirilməsi üçün resurslarınız yoxdur?
Ən cəsarətli ideyalarınızı bizimlə bölüşün və mütəxəssislər qrupu layihənizi dəyərləndirib ən qısa müddətdə həyata keçirilməsində köməklik edəcəkdir.

Ətraflı>

gig.az
2020.11.01

“Jasmine” restoranlar şəbəkəsinin ikinci layihəsi — “Jasmine Port”

4 iyun tarixində asiya mətbəxi restoranı “Jasmine Port” qapılarını açdı!

Port Baku-da yerləşən bu məkan fərqliliyi sevənlər üçün ideal seçimdir. Restoranın qastronomik fəlsəfəsi çoxəsrlik ənənələrin və müasir kreativliyin qarışığı ilə təmsil olunur.

Ətraflı>
2020.11.01

"Bridge Group of Companies" ailəsinin onlarla üzvü ordu sıralarında

Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşməndən azad etmək uğrunda qəhrəmancasına döyüşür, düşmənə sarsıdıcı zərbələr vurur. "Bridge Group of Companies" ailəsinin onlarla üzvü ordu sıralarındadır. Onların bir qismini sizə qürurla təqdim edirik!

Ətraflı>
2020.10.13

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNƏ YARDIM FONDUNA İANƏ EDİLDİ

«Bridge» şirkətlər qrupuna daxil olan Bridge Properties və Global Interiors Group (GIG) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

Ətraflı>
2020.09.30

“GLOBAL INTERIORS GROUP” NÜFUZLU MÜKAFATLARA LAYİQ GÖRÜLDÜ

İnşaat və dizayn sahəsində ixtisaslaşmış “Global Interiors Group” şirkəti (“Bridge” şirkətlər qrupunun tərkibində), görkəmli layihələrdən biri olan "Univerium" ilə daşınmaz əmlak üzrə ən iri və nüfuzlu "Asia Pacific Property Awards 2020-2021" müsabiqəsində uğurla iştirak etmişdir.

Ətraflı>

gig.az
2020.04.14

COVID-19 İNFEKSİYASI İLƏ MÜBARİZƏ FONDUNA İANƏ EDİLDİ

Bridge Group Şirkətlər Şirkəti yarandığı gündən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasəti, Azərbaycan siyasətini və qanunlarını rəhbər tutaraq dəstəklədi. Xüsusilə şirkət rəhbərliyi bu istiqamətdə seçilmiş dövlət siyasətini tam dəstəkləyərək koronavirus infeksiyası COVID-19-un yayılmasının qarşısının

Ətraflı>

1news.az
2020.03.01

Sədrin "COVID-19"-la bağlı müraciəti

Əziz komanda,

Covid-19 (corona) pandemiyası, hamımıza təsir edən həqiqətən görünməmiş bir vəziyyət yaratdı. Bu çətin dövrdə bütün işçilərimizlə əlaqə qurmaq və vəziyyətə necə yanaşdığımızı sizə bildirmək istəyirik.

Ətraflı>
2020.01.29

Bridge şirkətlər qrupu Kievdə Azərbaycan-Ukrayna dəyirmi masasinda iştirak etmişdir

Yanvarın 30-u, 2020-ci ildə, Ukraynanın paytaxtı Kievdə iki dövlət arası əməkdaşlığa həsr olunmuş dəyirmi masada Bridge Şirkətlər Qrupu adından şirkətin biznesin inkişafı üzrə direkoru Fərid İskəndərov və maliyyə direktoru Rövşən Əkbərov iştirak etmişdir.

Ətraflı>
2019.11.30

Ölkəmizdə unikal hamam kompleksinin açılışı baş tutmuşdur

"HamamBath"  2019-cu il noyabr ayında istifadəyə verilən, Azərbaycanda tayı bərabəri olmayan bir hamam kompleksidir.  İlin bütün fəsilləri fəaliyyət göstərən "Hamambath" kompleksi müştərilər üçün unikal istirahət təklif edir. Şərq, Slavyan və Avropa mədəniyyətlərinin ahəngi olan "Hamambath" əsl istirahət formulunu kəşf etdi.

Ətraflı>

hamambath.az
2018.11.30

"SABAH" Futbol klubu "Bank Respublika" ilə əməkdaşliğa başladi

2018-ci il, noyabrın 23-ü ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə “Bridge Group of Companies” tərəfindət təsis olunmuş "Sabah" Futbol Klubu arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Ətraflı>

azxeber.com
2018.04.29

"Sabah" futbol klubu, klubun Müşahidə Şurasının yaradıldığını elan etdi

"Sabah" ın əsas prinsiplərindən biri də klubun sağlam təməl üzərində qurulmasıdır. Müşahidə Şurasının üzvləri də bu istiqamətdə öz dəstəyini əsirgəməyib, məsləhətləri ilə bölüşüblər.

Ətraflı>

1news.az
2016.10.01

Homebridge komandasının yeni uğurları

2016-cı ilin sentyabr ayından AzTV kanalında Breyn Rinq intellektual oyunun yayımı yenidən başlamışdır. Ötən mövsümdə olduğu kimi, bu yeni VIII-ci mövsümdə də Homebridge komandası aktiv iştirak edir.

Ətraflı>
2016.08.16

Container Bar & Grill-də Josper manqalının istifadəsi haqqında təlim

Çərşənbə günü avqustun 17-si Container Bar & Grill-də İspaniyanın məşhur markasından olan Josper sobasının istifadəsinə dair ətraflı təlim keçirildi.

Ətraflı>
2016.08.02

Homebridge qonaqları Container Bar & Grill-ə dəvət edir

Homebridge otelində açıq səma altında Container Bar & Grill restoranı işə başladı.

Ətraflı>
2016.07.27

Breyn Rinq intellektual oyununda Homebridge komandasının debütu

Biz hər zaman yüksək intellekt və geniş dünya görüşünə dəyər veririk. Məhz buna görə də ölkənin ən maraqlı intellektual verilişinə Homebridge komandası da qatıldı.

Ətraflı>

www.facebook.com
2016.03.10

Azərbaycanda ilk biznes otel işə başlayıb

Azərbaycanda ilk dəfə olaraq biznes sektor təmsilçiləri üçün otel işə başlayıb. "Homebridge" oteli Xəzərin sahilində Bakının Şıxov ərazisində yerləşib. Otelin sakinləri Xəzər dənizinin gözəl mənzərəsini, eləcə də «Neft Bakısı»-nın simvolu olan tarixi neft platformasını seyr etmək imkanına sahibdirlər.

Ətraflı>

1news.az
2010.12.31

"Gold Star Quality" mükafatı

Yüksək nailiyyətlər və nüfuz əldə etdiyinə görə Global Interiors Group MMC Cenevrədə keyfiyyət üzrə Beynəlxalq Ulduz Mükafatını almışdır. Global Interiors Group MMC şirkətinin təsisçısi Yaqub Hüseynov və direktoru Ruslan Hacıyev Qızıl kateqoriya üzrə ISAQ mükafatına layiq görülüb. Bu şirkət müxtəlif miqyaslarda olan biznes sahələrində ofislər və digər iş yerlərinin yüksək keyfiyyətli tikintisi və dizayn ilə məşğul olur. Global Interiors Group MMC öz fəaliyyətində hər zaman ətraf mütin təhlükəsizlik tələbələrinə ciddi riayət edir. Bununla bərabər, şirkət sahibkarlıq fəaliyyəti sahəsində cəmiyyətin mənafeyi naminə keyfiyyətli işlər görmək şirkətin prioritet məqsədidir.


youtube.com