2023.11.03

BrIdge Group yeni kafenin açılışını qeyd edir!

Səs-küylü şəhərin kiçik bir küncündə, qəhvənin ətri çiçəklənən təbiətin və ağacların qoxusu ilə qarışdığı bir yerdə, dünyaya yeni bir yer açıldı. Nizami Gəncəvi parkında yerləşən Secret Garden kafesi rəsmi olaraq açıqdır və artıq qonaqlara xidmət göstərir. Şəhərin təlaşından uzaqlaşmaq və incə kulinariya ləzzətlərindən zövq almaq üçün Secret Garden əla seçimdir.

Tədbir Teymur Süleymanbəylinin saksafon sədaları ilə başlayıb və DJ AKG-nin dinamik mahnıları ilə davam edib. Açılışın iştirakçıları kafenin gözəl interyerini və yeməklərin qüsursuz dadını xüsusilə qeyd etdilər. Qonaqlar arasında Ceyhun Zeynalov, Miri Yusif, Zamiq Hüseynov kimi musiqiçilər və aparıcı-aktyor Tural Əsədov kimi tanınmış simalar da olub.


<Geri dön