Sədrin müraciəti



Hörmətli müştərilər və tərəfdaşlar!


“Bridge Group of Companies”-ə daxil olan ilk şirkət artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Qrupun təsis edilməsində bizim məqsədimiz ölkəmizin biznes icmasına hər cür xidmət edə biləcək strukturu yaratmaq idi.


Davamlı inkişaf edən və regionda lider olan Azərbaycanda biznesin inkişafı üçün tam əlverişli şərait mövcuddur. Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr Azərbaycanın qüdrətini daha da artırmaqdadır. Bizim vəzifəmiz yüksək səviyyəli xidmətlər təklif etməklə bu inkişafa dəstək olmaqdır.


Sürətli inkişaf yolu keçən ölkəmizdə yaranmış biznes qurumlar sırasında "Bridge Group of Companies" kimi şirkətlər qrupu formalaşmışdır. Müvafiq struktur uğurlu biznesin, təsis və təşviq edilməsi imkanını artırmaqla, həmçinin daim ona autsorsinq qaydasında dəstək olmağa hazırdır. Komandamız tikinti və dizayn, əmlakların idarəedilməsi, IT industriyanın müasir nailiyyətlərinin tətbiqi, marketinq və digər xidmətlərin göstərilməsini təmin edir.


Komanda bizim üçün həmişə ən önəmli resurs olub, var və olacaqdır. Biz hal-hazırda yüksək ixtisaslı peşəkarlardan ibarət komanda toplamışıq. Komandamız Qrupun inkişafı yolunda hər cür maneələri aradan qaldıra biləcək gücə sahibdir.


Yaqub Hüseynov

Sədrin müraciəti