2023.12.06

Dinamo Hotel, Bakıda keçirilən VIII Beynəlxalq İtalyan mətbəxi həftəsinin bir hissəsi oldu

Bridge Group tərəfdən idarə olunan Dinamo Hotel Bakıda keçirilən VIII Beynəlxalq İtalyan mətbəxi həftəsinin bir hissəsi olub.

Tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Ticarət Agentliyi (Agenzia per la promozione all'estero e l'internazionalizzazione delle imprese italiane - Agenzia ICE) birgə təşkil olunub.

İtalyan mətbəxi həftəsinin çərçivəsində aşpaz tərəfindən hazırlanmış xüsusi menyu və Donnafugata şərabların müşayiəti ilə iki şam yeməyi təşkil edildi. Həmçinin, "Il cannolo siciliano di melanzane" (Siciliya Badımcan Cannoli) resepti ilə Siciliyanın Likat şəhərindəki La Madia restoranının aşpazı, iki Michelin ulduzunun sahibi - Pinot Kutta tərəfindən masterclass keçirildi.


<Geri dön