2023.03.15

UNİVERİUM TƏLƏBƏ ŞƏHƏRCİYİNDƏ NOVRUZ BAYRAMI QEYD OLUNDU!

Ən çox sevilən bayramlarından biri olan Novruz Bayramı Univerium – tələbə şəhərciyində qeyd olundu. Paytaxtımızın müxtəlif təhsil ocaqlarında təhsil alan xarici və yerli tələbələr müxtəlif müsabiqələrdə və əyləncələrdə çox aktiv iştirak etdilər, qaliblərə hədiyyələr təqdim olundu. Həmçinin Novruz bayramının daimi qonaqları – Kösa və Keçəl tələbələri əyləndirdi. Səməni və Novruz şirniyyatları, müsabiqələr, tonqal ətrafında milli yallı rəqsləri - bütün bunlar inanılmaz bayram ab-havası yaratdı. Beynəlxalq tələbələr üçün bu bayram milli adət ənənə və xalqımızın zəngin mədəniyyəti ilə əsl tanışlıq oldu. Şənlik əyləncəli diskoteka ilə başa çatıb.


<Geri dön

www.youtube.com