2022.10.16

"Bazar TurkIsh CuIsIne" restoranın möhətəşəm açılış tədbiri

Oktyabrın 15-16-da yaxın zamanlarda yenidən bərpa edilmiş “Şərq Bazarı” kompleksinin ərazisində yerləşən türk mətbəxi restoranının - “Bazar Turkish Cuisine”nin təntənəli açılışı oldu. Gecənin əsas musiqi qonağı “Havam Yerində”, “Oyna da Oyna”, “Ellerim Bomboş” və bir çox başqa hitləri canlı ifa edən türkiyəli musiqiçi Sinan Erkoç və qrupu olub. Dəvət olunan qonaqlar arasında Azərbaycan şou-biznesinin nümayəndələri - aktyor Müşfiq Şahverdiyev, müğənni Miri Yusif, həmçinin Bridge Group-un biznes tərəfdaşları da olub. Nəfis türk yeməklərinin unudulmaz dadı, desertlərin möhtəşəm təqdimatı, canlı musiqi və bənzərsiz şərq ab-havası qonaqları laqeyd qoymayıb. Hər kəsi restoranımıza türk mətbəxindən dadmağa dəvət edirik!


<Geri dön

www.youtube.com