2024.09.20

Cənab Prezident İlham Əliyev Xankəndidə BrIdge Şirkətlər Qrupu tərəfindən təmir edilən Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib

Bridge Group Şirkətlər Qrupu tərəfindən əsaslı təmir edilən və idarə etməsi həyata keçirilən Xankəndi tələbə yataqxanasının rəsmi açılışı baş tutub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib, orada yaradılan şəraitlə tanış oldu. Yataqxananın bütün mənzilləri müvafiq avadanlıqlarla təchiz edilib, yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılıb. Ümumilikdə, 1154 tələbənin yataqxanada ödənişsiz əsaslarla məskunlaşması təmin edilib.


<Geri dön

president.az