05.10.2023

"Sabah" klubu Azərbaycan basketbolu üçün tarixi uğura nail oldu!

FIBA Avropa Kuboku təsnifat mərhələsinin üçüncü oyununda, Azərbaycan çempionları olaraq tanınan və Bridge Group ailəsinin üzvü olan "Sabah" Rumıniyanın "Rapid" klubunu 90:71 hesabı ilə məğlub edib. Bundan əvvəl "Sabah" Şimali Makedoniyanın "Rabotniçki" (83:81) və Hollandiyanın "Donar Groninqen" (75:72) klublarını məğlub etmişdi. Beləliklə, "Sabah" qrup mərhələsini uğurla başa vurub və Avrokubokun müntəzəm çempionatına vəsiqə qazanıb. Müntəzəm turnirdə "Sabah", "Mornar Bar"(Çernoqoriya), "Baxçeşehir" (Türkiyə) və "Nimburq" (Çexiya) klublarının rəqib olacağı D qrupunda oynayacaq.

Bridge Group komandaya gələcək yarışlarda uğurlar və daha böyük naliyyətlər əldə etməyi arzulayır!


<Geri dön

1news.az