“Concrete Canvas Azerbaijan” şirkəti “Baku Water Week” sərgisində iştirak edib
Bridge Şirkətlər Qrupunun tərkib hissəsi olan “Concrete Canvas Azerbaijan” şirkəti 12-14 mart, 2024-cü ildə Bakı Ekspo Mərkəzində keçirilən Baku Water Week sərgisində iştirak edib və öz məhsul və xidmətlərini təqdim edib.
“Bridge Group” və Böyük Britaniyanın “Concrete Canvas Limited” şirkəti arasında imzalanmış eksklüziv strateji saziş nəticəsində, ənənəvi beton həllərinə effektiv bir alternativ olan innovativ beton rulonlardan istifadə etmək imkanı yaradılır. Bu innovativ məhsulun tətbiq dairəsi çox genişdir. Texnologiyalar meliorasiya layihələrində, kənd təsərrüfatında, neft və qazda səmərəliliyi əhəmiyyətli dərəcədə artıracaq, həmçinin su ehtiyatlarına qənaət etmək, torpaqların və əkin sahələrinin suvarılmasında su itkisinin qarşısını almaq üçün istifadə edilə bilər.
<Geri dön