2022.11.04

"BrIdge" Şirkətlər Qrupu 4 Noyabr tarixində Azərbaycan-Türkiyə Biznes Forumu Çərçivəsində Əməkdaşlıq Memorandumu İmzaladı

Noyabrın 4-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forumda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay ilə yanaşı iki ölkənin hökumət nümayəndələri və fərqli sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.

Biznes forum çərçivəsində "Bridge" Şirkətlər Qrupu və Türkiyənin "Koloğlu" Holdingin tərkib hissəsi olan "KL Yapi" şirkəti ikitərəfli əməkdaşlıq memorandumu imzalamışdır. Sənədi "Bridge" Şirkətlər Qrupunun direktoru Fərid İskəndərov və "KL Yapı Steel Construction & Trade Co." adından Tamer Elçi imzaladılar. Memoranduma əsasən, şirkətlər inşaat və sənaye sahələrində uzunmüddətli təcrübələrindən istifadə edərək gələcək strateji əməkdaşlıq çərçivəsində atılacaq addımların ilkin təməlini qoydular.


<Geri dön