2016.08.16

Container Bar & Grill-də Josper manqalının istifadəsi haqqında təlim

Çərşənbə günü avqustun 17-si Container Bar & Grill-də İspaniyanın məşhur markasından olan Josper sobasının istifadəsinə dair ətraflı təlim keçirildi.

Josper manqal və sobanın birləşdiyi kombinasiyadır. Bu çox vacib və tələbkar olan HoReCa sektoru peşəsində istifadə olunmaq üçün yaradılmışdır. O, həmçinin yüksək mətbəx Steak House-lar, Brasserie-lər, Tapas Barlar, Bistro Kafelər, ənənəvi restoranlar tərəfindən çox qiymətləndirilir...

Container Bar & Grill-də bişirilən bütün yeməklər də bu peşəkar Josper sobasının köməyi ilə hazırlanır. Soba ilə düzgün işləyib dadlı yeməklərin necə hazırlanmasına dair təlimi İspaniyanın özündən təşrif buyurmuş baş aşbaz Cənab Kristian Mulet Snoudon keçirmişdir. 

Hər kəsi Container Bar & Grill-in təklif etdiyi dadlı yeməklərdən həzz almağa dəvət edirik!


<Geri dön