2023.12.08

“BrIdge Group” və Böyük Britaniyanın “Concrete Canvas LImIted” şirkəti arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində “Bridge Group” və Böyük Britaniyanın “Concrete Canvas Limited” şirkəti arasında eksklüziv strateji saziş imzalanıb.

Bu əməkdaşlıq ənənəvi beton həllərinə effektiv alternativ olan innovativ beton rulonlardan istifadə etmək imkanı verəcək. Bu innovativ məhsulun tətbiq dairəsi çox genişdir. Texnologiyalar meliorasiya layihələrində, kənd təsərrüfatında, neft və qazda səmərəliliyi əhəmiyyətli dərəcədə artıracaq, həmçinin su ehtiyatlarına qənaət etmək, torpaqların və əkin sahələrinin suvarılmasında su itkisinin qarşısını almaq üçün istifadə edilə bilər.


<Geri dön

www.trend.az