2019.11.30

Ölkəmizdə unikal hamam kompleksinin açılışı baş tutmuşdur

"HamamBath"  2019-cu il noyabr ayında istifadəyə verilən, Azərbaycanda tayı bərabəri olmayan bir hamam kompleksidir.  İlin bütün fəsilləri fəaliyyət göstərən "Hamambath" kompleksi müştərilər üçün unikal istirahət təklif edir. Şərq, Slavyan və Avropa mədəniyyətlərinin ahəngi olan "Hamambath" əsl istirahət formulunu kəşf etdi. Burada hamam sevərləri fin suanası, rus və ukrayna hamamı, roma saunası, qar otağl, SPA zona, və açıq havada "təbii göl" gözləyir. İstirahətini yaxın dostlarla, ailəvi və özəl keçirtmək istəyən qonaqlarımız üçün isə VIP koteclər təklif olunur.

Kompleksin nəzdində fəaliyyət göstərən restoranın təklif etdiyi ləziz təamların dadı isə qonaqların damağından getməyəcəyinə tam əminik .

Hamam və SPA kompleksi eyni anda 100 qonağa yüksək səviyyədə xidmət göstərmək qabiliyyətinə malikdir.

Bu hamam kompleksinin Bridge Group tərəfindən ərsəyə gətirldiyi üçün qürur hissi duyuruq. Bu möhtəşəm kompleksin reallaşmasında bizə dəstək olan və bizimlə çalışan hər bir kəsə öz dərin minnətdarlığımızı bildiririk!


<Geri dön

hamambath.az