2023.10.21

Bakıda BrIdge Group-un yeni layihəsi olan Sabah Chess Academy-nin açılışı olub

Açılışda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Bridge Group - un sədri Yaqub Hüseynov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər. Həmçinin, açılışın iştirakçıları arasında üçqat Avropa çempionu, 20 yaşadək dünya çempionu, sürətli şahmat üzrə dünya çempionu, beynəlxalq qrossmeyster Gövhər Bəydullayeva; 20 yaşadək dünya çempionu, ikiqat Avropa çempionu, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli; 20 yaşadək blits üzrə dünya çempionu, beynəlxalq qrossmeyster Məhəmməd Muradlı və Azərbaycan Milli Olimpiya komandasının üzvü, Bakıda keçirilən Dünya Kubokunun yarımfinalçısı, beynəlxalq qrossmeyster Nicat Abasov kimi görkəmli Azərbaycan şahmatçıları da iştirak ediblər.

Bridge Group-un sədri Yaqub Hüseynov bildirib ki, Sabah Şaxmat Akademiyasının əsas məqsədi gənclərin intellektual potensialını inkişaf etdirmək və ölkənin şahmat sahəsinə töhfə verməkdir. Sabah Şahmat Akademiyasını yaradılmasından qürur hissi duyduğunu və bu layihənin uğurlu olacağına dair öz güvənini vurğulayıb.

Sabah Şahmat Akademiyası gənclərin intellektual inkişafını və ölkədə şahmat mədəniyyətinin möhkəmlənməsini məqsəd olaraq görür. Akademiyada dərslər beynəlxalq qrossmeyster, Azərbaycan Respublikasının əməkdar məşqçisi Cahangir Ağaragimovun rəhbərliyi altında ölkənin peşəkar müəllimləri, əməkdar məşqçiləri tərəfindən keçiriləcək.


<Geri dön

youtube.com