2021.11.09

“Global Interiors Group” şirkəti Bakı Ekspo Mərkəzində keçirilən “BAKUBUILD” 2021 sərgisində iştirak edib.

Oktyabrın 20-dən 22-dək Bakıda 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisi - “BakuBuild 2021”, eləcə də çoxdan gözlənilən “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” - 1-ci Azərbaycan Beynəlxalq “Rebuild Karabakh 2021” sərgisi keçirilib. Sərgidə dünyanın 17 ölkəsindən 279 şirkət iştirak edib. Bridge Şirkətlər Qrupunu təmsil edən “Global Interiors Group” şirkəti bu möhtəşəm tədbirdə iştirak edərək məhsul və xidmətlərini geniş ictimaiyyətə təqdim edib. “Global Interiors Group” şirkəti tikinti, interyer və dizayn xidmətləri ilə yanaşı müştərilərə biznes planların və layihə büdcələrin hazırlanması xidmətləri göstərir.


<Geri dön