2023.05.10

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Fəxri Xiyabana ziyarət

Bu gün, 10 may 2023-cü il tarixində Bridge Şirkətlər Qrupunun idarə heyətinin təsisçisi Yaqub Hüseynovun rəhbərliyi və digər heyyət üzvlərinin də iştrakı ilə müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Fəxri xiyabana səfər olunub və Ulu Öndərin məzarı ziyarət edilərək büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi hörmət və ehtiramla anılıb. Səfər əsnasında idarə heyyətinin sədri Yaqub Hüseynov, Ulu Öndərin həyat və yaradıcılığının hər bir Azərbaycanlı üçün bir nümunə olduğunu vurğulayaraq Ümummilli Liderimiz tərəfindən bizlərə miras qoyulan müstəqil Azərbaycanımızın rifahı və gələcək inkişafı naminə öz səy bacarıqlarımızı əsirgəmədən çalışmalı olduğumuzu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü geniş miqyaslı siyasətin ətrafında birlik olaraq dövlət mənafeyinin qorunmasının vacib əhəmiyyətini xüsusi olaraq diqqətə çatdırıb.


<Geri dön

www.youtube.com