Yeni «Bazar Turkish Cuisine» restoranın açılışı
“Bridge Group of Companies” yeni dadlı layihəsi olan – “Bazar” türk mətbəxi restoranını iyulun 23cü təqdim edib. Bu füsunkar məkan yaxın zamanlarda yenidən bərpa edilmiş “Şərq Bazarı”da yerləşir. Dəvət olunan qonaqlar arasında amerikalı muğam həvəskarı Cefri Verbok və fransalı fotojurnalist Reza Dehqati də olub. “Bazar”da yeməklərin hazırlanmasına görə cavabdeh olan Türkiyədən xüsusi olaraq dəvət olunmuş şef-aşpaz türk mətbəxinin ən ləzzətli nümunələrini restoran menyusuna daxil edib. Zəngin menyuda bütün klassik ənənəvi yeməklər qonaqların könlünü oxşayacaq. Belə ki, burada müxtəlif növ kabablar, məzələr, lahmacun və pidelər mis sobada hazırlanır. Həmçinin məşhur və inanılmaz dərəcədə dadlı püstəli katmer də daxil olmaqla, müxtəlif növ desertlərin dadı uzun müddət damağınızdan getməyəcək. Yeni restoranda türk mətbəxinin təamlarından həzz alın!
<Geri dön
1news.az