Tələbə Yataqxana kompleksi

Univerium – təkçə yaxşı təchiz olunmuş adi tələbə yataqxanası deyil, həm də 4 korpusdan ibarət yaşayış kompleksidir. Yataqxanada ümumi 189 otaq və 667 yataq yeri var. Onlardan 16-sı müəllimlər, 652-si isə tələbələr üçün nəzərdə tutulub. Univerium-da tələbələrin nəinki dərs oxuması, həm də səmərəli istirahəti və özünü inkişafı üçün hər bir şərait yaradılmışdır. Burada kitabxana, oxu zalı, idman zalı və istirahət otağı mövcuddur. Hər şeydən əlavə tələbə şəhərciyində 400 nəfərlik tutumu olam yeməkxana da vardır. 


Univerium-un üstünlükləri: 

  • Individual iş masaları 
  • Kimyəvi təmizləmə 
  • Mərkəzi istilik və soyutma sistemi
  • Kinoteatr və əyləncə zonası
  • Açıq terrassa
  • Basketbol meydançası və stolüstü tennis masası
  • 24/7 mühafizə sistemı