Aralıq dənizi mətbəxi restoranı

"Oliva" restoranında sizə ənənəvi reseptlərlə hazırlanmış Aralıq dənizi mətbəxinə aid yeməklər təklif olunur. Bunlar artıq uzun bir zamandır hər kəsin sevdiyi italyan, fransız, ispan, yunan qastronomiyasının məhşur yeməkləri olan mozarella pendiri, rukkola yarpaqları, krevetlərlə hazırlanmış ləziz salatlar, karpaçço, dəniz məhsulları, zeytun yağında hazırlanmış souslarla zənginləşdirilmiş quzu və dana ətindən hazırlanmış yeməklərdir. Bununla yanaşı, restoranımızda kabab həvəskarları üçün xüsusi qrill-menyu nəzərdə tutulmuşdur. İtaliya, İspaniya, Fransa istehsalı olan elit şərab çeşidləri təqdim olunan ləziz Aralıq dənizi təamları ilə möhtəşəm harmoniya yaradır. Qeyd olunan mətbəxin nəfis yeməklərinin geniş çeşidi ilə daha yaxından tanış olmaq üçün və rahat, zövqlü atmosferdə dincəlmək üçün sizi restoranımıza dəvət edirik. Bundan başqa restoranımızda hər axşam qulaq zövqünüzü də müsbət kökləməyə imkan vərən canlı musiqi səslənir.