'Seven Rooms' butik oteli Bakının tarixi incisi — İçəri Şəhərin qədim küçələrinin mərkəzində yerləşir.
Otelin bu mərkəzi yerləşməsi qonaqlara mədəniyyət abidələrinə, əyləncə məkanlarına və biznes mərkəzlərinə asan çatmaq imkanı yaradır. Butik otelimiz Karvansaray, Şirvanşahlar Sarayı və əfsanəvi Qız Qalası kimi məşhur memarlıq abidələrinin bir addımlığındadır.
Qonaqların rahatlığı üçün bütün otaqlar klassik stildə zərifliklə bəzədilmiş, müasir havalandırma sistemi, TV və mini-soyuducu ilə təchiz olunmuşdur. Pulsuz sürətli Wi-Fi daim xidmətinizdədir.
Vanna otaqlarında saçqurudan (fen), yumşaq hamam xələti və tərliklər təqdim edilir. Əlavə ödənişlə transfer xidmətləri də göstərilir.
'Seven Rooms' butik otelində hər səhər ləziz və doyumlu səhər yeməyi təqdim olunur. Sizi keyfiyyətli istirahət və unudulmaz Bakı təəssüratları gözləyir!








