“Global Mining” MMC şirkəti 2014-ci ildə “Brand Cond” MMC adı altında fəaliyyətinə başlayıb. Fəaliyyətinin ilk dövlərində təmir tikinti işləri, yol çəkilişləri, yeraltı infrastrukturun yenilənməsi layihələrin həyata keçirilməsi, yaşayış və qeyri-yaşayış binaların, körpülərin tikintisi və s. işləri ilə məşğul olunmuşdur. Şirkətin fəaliyyət istiqamətlər üzrə dövlət və qeyri dövlət qurum və təşkilatlarının layihələri uğurla, qeyd olunan müddətdə və təhlükəsiz şəkildə icra etmişdir.
Sifarişçilərin tələblərini uğurla yetinə yetirməyimizin əsas səbəbkarları şirkətimizin peşəkar, yüksək işgörmə qabiliyyətinə malik, doğru və düzgün şəkildə ani qərarlar verərək işin gedişatına hər hansı mənfi təsirin olmasının qarşısını alan, fəaliyyətimiz üzrə ixtisaslaşmış işçi heyətimizdir. Şirkətinin istifadə etdiyi texnikalar Avropanın tanınmış, qabaqcıl texnika istehsalçısı olan firmaların istehsal etdiyi, yüksək texnologiyalar ilə təchiz olunmuş, yolsuzluq şəraitində özünü sübut etmiş, maneyəsiz və təhlükəsiz iş şəraitini təmin edən, istismar prosesində hər hansı mənfi hal yaratmayan, kovş və kuzov cəhətdən materialın keyfiyyətinə və tərkibinə hər hansı mənfi hal göstərməyən, yük götürmə qabiliyyətini maksimum dərəcədə istifadə edə bilən texnikalardır.
2022-ci ildə Şirkətin adı “Brand Cond” MMC dəyişdirilərək “Global Mining” MMC adlandırılmışdır və fəaliyyətlərinə yeni bir xidmət əlavə etmişdir ki, bu son illərdə yüksəliş istiqamətində irəliləyən, dövlətimizin və əhalimizin yaşayış rifahını yüksəltməyə xidmət edən dağ-mədən sahəsidir.