Dinamo Hotel əla xidmətə, zərif interyerə və mərkəzi yerləşməyə üstünlük verən qonaqlar üçün ideal seçimdir. Otelin otaqları Parisdə yerləşən məşhur Alberto Pinto Atelier studiyası tərəfindən layihələndirilmiş və unudulmaz istirahət üçün bütün zəruri şəraitlə təchiz edilmişdir. Burada ən unikal təəssüratları yaratmaq üçün hər bir detal xüsusi diqqət və qayğı ilə seçilmişdir.

Otel ərazisində sizi hər zövqə uyğun 4 gurme restoran, qapalı hovuz, yüksək səviyyəli SPA, sağlamlıq və fitness mərkəzi gözləyir. Gülərüz və peşəkar işçi heyətimiz sizi 24 saat qeydiyyat masasında qarşılamağa, həmçinin yüksək keyfiyyətli otaq xidməti ilə təmin etməyə hər zaman hazırdır.

Əgər siz gözəllikdən, füsunkar rahatlıqdan, möhtəşəm mətbəxdən və təqdim olunan bütün imkanlardan zövq ala biləcəyiniz bir ünvan axtarırsınızsa, sizi böyük məmnuniyyətlə 'Dinamo Hotel'ə dəvət edirik.