Bridge Group-un Şahdağ turizm zonasındakı dəbdəbəli 'HamamBath' kompleksi qonaqlarını unikal istirahətə dəvət edir. Kompleks Türk, Rus və Fin hamamlarının ənənələrini özündə birləşdirir. Burada siz müxtəlif növ peşəkar masaj xidmətlərindən və bədən üçün digər faydalı prosedurlardan yararlana bilərsiniz.
Qonaqlarımız üçün cütlüklərə özəl kotteclər və ailəvi istirahət üçün rahat evlər təklif edirik. Tam təchizatlı hər bir kottec dağların nəfəskəsən mənzərələri ilə əhatə olunub. Məhz bu yer, təbiətin qoynunda sakitlik və unudulmaz anlar yaşamaq istəyənlərin seçimidir.








