Jasmine Restoranı – Asiya mətbəxinin həvəskarları və dadlı təamları sevənlər üçün ideal istirahət məkanıdır. Restoran, Bridge Plaza biznes mərkəzinin 3-cü mərtəbəsində yerləşir və qonaqlar üçün biznes mərkəzinin dayanacağından sərbəst istifadə imkanı təmin edilir.
Binanın əsas girişindən ikinci mərtəbəyə qalxdıqdan sonra sizi Şərq stilində hazırlanmış əntiq elementlərlə müasir dekorun ahəngdar sintezindən ibarət zövqlü interyer qarşılayır.
'Jasmine' qonaqlarına 80 nəfəri qəbul etmək üçün nəzərdə tutulmuş geniş zalı, həmçinin xüsusi görüşlər üçün nəzərdə tutulan kiçik VİP zalları təklif edir.
Bu məkan sizi unikal dizaynı və ləzzətli Çin mətbəxi ilə unudulmaz qastronomik səyahətə dəvət edir.








