Kenny’s Healthy Cafe

Kenny’s — sağlam qidalanma mədəniyyətinə həsr olunmuş kafe, Port Baku 2-də yerləşir.

Məkan balanslandırılmış və müxtəlif menyu təklif edir, təbii mövsümi tərkib hissələrinə əsaslanır. Menyuda qidalı boullar, smuzi, təzə sıxılmış şirələr, sağlam yulaf yarması, meyvəli kokteyllər və vaflilərvar.

Kenny’s-in fəlsəfəsi təzə və təbii məhsulların istifadəsinə, onların orijinal dadlarının qorunmasına və hər bir inqredientdən maksimum faydanın əldə edilməsinə əsaslanır.

Kafe sağlam həyat tərzini seçən və keyfiyyətli qidalanma ilə şəhər ab-havasını birləşdirmək istəyənlərüçün nəzərdə tutulub. Məkan həm sürətli səhər yeməkləri və naharlar, həm də yavaş və komfortlugörüşlər üçün uyğundur.