"Bahar Cafe" məşhur Avropa mətbəxinin qastronomik dünyasına qərq ola biləcəyiniz bir məkandır. Ikimərtəbəli kafedə sizlərə rahatlıq bəxş edən, eləcə də, səmərəli vaxt keçirəcəyiniz gözəl terras var. Burada sizin yeməkdən sonra bir stəkan təzə dəmlənmiş, ətirli çayın arxasında sevdiklərinizlə birlikdə istirahət etmək imkanınız var.

Məkanın əsas üstünlüyü dənizə və şəhərə açılan əsrarəngiz mənzərəsidir ki, burada tamamilə dincəlmək və narahatlıqlardan uzaqlaşmaq imkanınız olacaq. Ənənəvi yeməklərlə yanaşı, menyuda şirniyyat sevənləri sevindirə biləcək geniş çeşidli desertlər, eləcə də müxtəlif növdə içkilər – ətirli çaylar, təravətləndirici limonadlar və s. olacaq. Məkanda qonaqlarımız üçün xüsusi hazırlanmış biznes lançlar təqdim olunur. Həftə sonları ailəvi səhər yeməyi üçün yer axtarırsınızsa, o zaman Bahar Cafe keyfiyyətli vaxt keçirəcəyiniz ən gözəl məkandır.