Kompleksimizin əsas məqsədi rezident və qeyri-rezident qonaqlarımızı, turistləri ekoloji cəhətdən sağlam şəraitdə yüksək səviyyəli xidmət və unikal istirahət təcrübəsi ilə təmin etməkdir. İlin bütün fəsilləri fəaliyyət göstərən HamamBath həm cismin, həm də ruhun bərpası üçün ideal bir məkandır. Biz Şərq, Slavyan və Avropa mədəniyyətlərinin ən yaxşı ənənələrini bir araya gətirərək əsl istirahət formulunu kəşf etdik. HamamBath kompleksi eyni anda 100 qonağa ən yüksək səviyyədə xidmət göstərmək qabiliyyətinə malikdir. Burada hamam sevərləri Fin saunasi, Rus və Ukrayna hamamı, Roma saunası, qar otağı, SPA zona, və açıq havada "təbii göl" gözləyir. Peşəkar heyətimiz, müasir avadanlıqlarımız və təmizliyə xüsusi diqqətimiz HamamBath-da keçirdiyiniz vaxtın unudulmaz olmasını təmin edir.





















