Novus Technologies şirkəti 2012-ci ilin oktyabrında Azərbaycanın qabaqcıl Network-mühəndisləri və proqramçıları tərəfindən yaradılıb. Şirkət qurulma mərhələsində yalnız korporativ sektorda müştərilərə internet xidmətlərinin göstərilməsini təklif edirdi.
Halbuki bir ildən sonra daha bir neçə sahə üzrə şirkətin fəal inkişaf dövrü başladı. Soft və Web proqramlaşdırma və IT-support şöbəsi yarandı. IP-telefoniya istiqaməti inkişaf etdi. Ölkənin ən yaxşı İT-mühəndislərinin peşəkar işi sayəsində bazarda yüksək keyfiyyətli xidmətin təqdimatı öz bəhrəsini verdi.
Hazırda şirkətin portfelinə aşağıda qeyd olunmuş şirkətlərlə eksklüziv müqavilələr daxildir:
- Samsung,
- ABB,
- Weatherford,
- Pepsico,
- AzTexnika,
- AzRe,
- Ferrari,
- Idea,
- SOCAR,
- Qatar Airways.
İnternet xidmətini, telefoniyanı və TV xidmətini bir kanalla təqdim edən ev şəbəkəsi istiqaməti uğurla inkişaf etdi. Həmçinin, hazırda korporativ sektor üçün şirkətin portfelində bir neçə perspektiv proqram məhsulları təqdim olunur. Ölkənin iri şirkətləri üçün saytların yaradılması və dəstəklənməsi sayəsində keyfiyyətli xidmətlə təminat problemini həll edən WEB-həllər departamentinin işi də göz önündədir. Şirkətin perspektiv istiqamətlərindən biri də Azərbaycanı dünya IT-sənayəsinin elitasına daxil olan ölkələr sırasına yaxınlaşdıran Soft-həllər komandasını inkişaf etdirməkdir.