Milli mətbəx restoranı

Bakının tarixi mərkəzində — İçəri Şəhərdə yerləşən 'Qaynana' milli mətbəx restoranı səmimi və rahat bir məkandır.

Restoranda ənənəvi üslubda bəzədilmiş iki ziyafət zalı mövcuddur. Böyük zalın geniş pəncərələrindən günəş işığı süzülür və şəhərin qədim küçələrinə gözəl mənzərə açılır. Kiçik zal isə zərif çıraqlarla işıqlandırılıb və qonaqları xoş uşaqlıq xatirələrinə aparır.

Girişdə qonaqları restoranın rəmzi – Qaynana qarşılayır, həftəsonları isə məkan canlı musiqinin sehri ilə dolur. Əgər siz şəhərin mərkəzində dadlı yeməklərlə ziyafət etmək və özünüzü doğma evinizdəki kimi hiss etmək istəyirsinizsə, 'Qaynana' Sizi məmnuniyyətlə qəbul edəcək!