Olympic Dormitory

2022-ci ilin sentyabr ayınadək Atletlər kəndində müasir yataqxana kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Yataqxana bütün müasir şəraitlə təchiz olunacaq - sakinlər üçün çamaşırxana, yeməkxana, istirahət və əyləncə guşələri, eləcə də bütün idman avadanlıqları ilə təchiz olunmuş idman zalı olacaq. Sakinlərin təhlükəsizliyi gecə-gündüz mühafizə, həmçinin, təhlükəsizlik sistemi ilə təmin olunacaq. Yataqxana Koroğlu metrosunun yanında yerləşəcəkdir.