2022.12.23

BrIdge Group-un təşəbbüsü - "Ümid Yeri" sığınacağına ziyarət

Dekabrın 23-də «Bridge Plaza»-da yerləşən şirkətlərin nümayəndələri Ümid Yeri uşaq evini ziyarət ediblər. Binanın girişində quraşdırılmış şam ağacına uşaqların arzuları ilə zərflər asılmışdır, onların icrası şirkətlərin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Ziyarət zamanı sığınacağın bütün uşaqlarına əvvəllər Şaxta babadan istədikləri hədiyyələr verilib. Uşaqları hədiyyələrlə yanaşı, şirniyyatlarla da sevindirdilər.


<Geri dön