Global Interiors Group

Global InterIors Group - tikinti, interyer və dizayn sahəsində ixtisaslaşmış şirkətdir.

Tikinti, təmir, planlaşdırma, interyerin hazırlanması, mebel, dekor, materialların seçilməsi, landşaftın yaşıllaşdırılması və s. işlər xeyli vaxt və enerji tələb edir.

Şirkətimiz a-dan z-yə kompleks yanaşma yolu ilə istənilən layihənin yüksək keyfiyyətli və zəmanətli icrasını təmin edir. Göstərdiyimiz xidmətlər sırasına biznes planın və büdcənin hazırlanmasi da daxildir.

Global InterIors Group şirkəti ofislərin tərtibatında xüsusi təcrübəyə malikdir.

Uğurun ən vacib komponentlərindən biri maksimal komfortlu iş yeri yaratmaqdir. Ofislərin tərtibatı sahəsində peşəkar təcrübəyə malik mütəxəssislərimiz zamanın nəbzinə uyğun, son trendləri özündə birləşdirən ofis məkanları yaratmağa zəmanət verir. Mütəxəssislərimiz xaricdə keçirilən təcrübə və ixtisaslaşdırılmış təlimlər vasitəsiylə öz bacarıqlarını daima təkmilləşdirirlər.

Bu çətin yolda biz uğurlarımızı 400-dən çox partnyorumuzla bir yerdə qazanmışıq. Saytımızda onların bir qismi ilə tanış ola bilərsiniz.

Global InterIors Group şirkəti 1998-ci ildən fəaliyyətə başlamışdır. Keçdiyi bu 21 illik yolda şirkət yerli və xarici, 300-dən çox tamamlanmış uğurlu layihələrə imza atmışdır.

GIG yarandığı gündən ofis mebeli üzrə dünya lideri olan steelcase şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir.

  • Dost
  • Microsoft
  • Azerkosmos
  • HamamBath
  • Eurodesign
  • Korea
  • Pasha Bank
  • Univerium
  • 3kub
  • HM
  • Ernst & Young
  • Deloitte