"Seven Rooms" butik otel İçəri Şəhərin mərkəzində olan köhnə küçələrdən birində yerləşir. Otelin şəhərin mərkəzində yerləşməsi tarixi-mədəniyyət abidələrinə, əyləncə obyektlərinə, həmçinin biznes mərkəzlərinə yaxın olmasına şərait yaradır. Butik otel Karvansaray, Şirvanşahlar sarayı və Qız qalası kimi məşhur memarlıq abidələrinin yaxınlığında yerləşir. Pulsuz Wi-Fi daim qonaqların xidmətindədir. Otaqlar müasir havalandırma sistemi ilə təchiz olunub. Qonaqlara əlavə ödəniş müqabilində transfer xidmətləri də göstərilir.

Bütün otaqlar klassik stildə süslənmiş, hər bir otaqda TV və mini-soyuducu vardır. Otelin vanna otağında qonaqlar üçün fen, hamam xələti və tərlik mövcuddur.

Seven Rooms butik otelində hər səhər ləziz və doyumlu səhər yeməyi verilir.