Asiya mətbəxi restoranı

Jasmine Restoranı – həm Çin mətbəxi, həm də dadlı təamları sevənlər üçün sevimli istirahət məkanıdır. Jasmine restoranı Bridge Plaza biznes mərkəzində yerləşmişdir. Qonaqlar öz maşınlarını sərbəst olaraq biznes mərkəzin dayanacağında saxlamaq imkanına malikdirlər. Binaya əsas girişdən daxil olaraq siz lift vasitəsilə 3-cü mərtəbəyə qalxıb restoranın zalına daxil olursunuz. Şərq stilində hazırlanmış və əntiq üsluba uyğunlaşdırılmış zövqlü interyer müasir dekor elementləri ilə ahəng təşkil edir. Siz eyni zamanda 80 nəfərlik qonağı qəbul etmək üçün nəzərdə tutulmuş geniş zalda, həm də kiçik VİP zallarda əyləşə bilərsiniz.