Bazar Turkish Cuisine

“Bazar Turkish Cuisine” milli memarlığın görkəmli abidələrindən biri olan bərpa edilmiş Şərq bazarı kompleksinin ərazisində yerləşən türk və Şərq mətbəxi restoranıdır. "Bazar"a hər səfər sizin üçün Türkiyəyə maraqlı qastronomik səyahət olacaq - burada siz unudulmaz orijinal ab-hava, sevimli dadlarınızın və doyumlu yeməklərin ən yaxşı birləşməsini tapacaqsınız. Türkiyədən xüsusi dəvət olunmuş aşpaz qonaqlara türk yeməklərinin geniş çeşidini təqdim edir. Menyuya səhər yeməyi, müxtəlif dadlı ət yeməkləri, mis sobada bişmiş ənənəvi türk pidesi, lahmacun, həmçinin zövqlə hazırlanmış desertlər daxildir. Eyni zamanda, bayram günləri üçün xüsusi menyular da təşkil olunur. “Bazar Turkish Cuisine” bütün restoran həvəskarlarının zövqünə uyğun olduğundan həm ailələr, həm də gənclər üçün xoş istirahət məkanıdır. Yeni restoranda türk mətbəxinin təamlarından həzz alın!