Əmlakın idarə edilməsi və istismarı xidmətləri

AzServis - müəssisələri fərqli peşəkar servislər ilə təmin edən şirkətdir.

Bura əmlakların cari vəziyyətdə saxlanılması, texniki xidmətlər, mühəndis həlləri, təmizlik, təhlükəsizlik və digər xidmətlər daxildir. Bizim əsas məqsəd sifarişçinin əməliyyatlarının davamlı olmasını təmin etməkdir.

AzServis bu sahədə 10 ildən çox təcrübəyə malikdir və personalı yüksək kvalifikasiya olunmuş peşəkarlardan ibarətdir. Fəaliyyəti boyunca bir-çox yerli və xarici şirkətlərlə səmərəli əməkdaşlıq etmişdir. Bizim missiyamız tərəfdaşlarımız ilə şəffaf, məhsuldar, keyfiyyətli və peşəkar münasibətlər qurmaqdır.