Ofis sahələri

Tikintisi bitmək üzrə olan "3 Kub" biznes mərkəzi şəhərin ən mənzərəli nöqtələrindən birində yerləşir. Üç binadan ibarət olan bu kompleks premium seqmentə uyğun ofis sahələri təklif edir.

Kompleksdə istifadə olunan yüksək keyfiyyətli tikinti materialları, isitmə və soyutma avadanlıqları, kommunikasiya xətləri, liftlər və digər qurğular bütün beynəlxalq standartlara cavab verir.

Binalar müvafiq olaraq 5, 6 və 7 mərtəbəlidirlər. Hər binanın müstəqil çoxmaşınlı yeraltı dayanacağı da mövcuddur.