Anbar və daşınma xidməti

“Azerbaijan Warehousing Company” (AWC) tam miqyaslı anbar və logistika xidmətləri təklif edir. Hər bir müştəri bizim üçün önəmlidir və komandamız üçün əsas hədəflərdən biri hər müştərinin ehtiyaclarını öyrənərək xüsusi xidmət təklif etməkdir. Buna görə həm yerli, həm də beynəlxalq şirkətlər bizimlə əməkdaşlığı seçirlər.


AWC yüksək keyfiyyətli saxlamanın dörd əsas komponentini təklif edir:

  • Fərqli ölçülü sahələrdə saxlanc
  • İqlim Nəzarətli Anbar
  • Toplama və Çatdırılma xidmətləri
  • Təmizlik və gigiyena


AWC soyuq və quru saxlanc sahəsində zəngin təcrübəyə malikdir. Qida saxlanc təcrübələrimizin qlobal standartlara uyğun olmasını təmin edirik və 100% saxlama keyfiyyəti vəd edirik. McDonalds-ın Azərbaycanda çoxdankı tərəfdaşlarından biri olmaq keyfiyyətimizin və peşəkarlığımızın göstəricisidir.