Milli mətbəx restoranı

"Qaynana" milli mətbəx restoranı Bakının tarixi mərkəzində – İçəri Şəhərdə yerləşən rahat məkandır. Burada ənənəvi üslubda bəzədilmiş iki zal mövcuddur. Böyük zalın geniş pəncərələrindən günəş işığı saçır və şəhərin qədim küçələrinə gözəl mənzərə açılır, kiçik zal isə zərif çıraqlarla bəzədilib və əziz uşaqlıq xatirələrini canlandırır. Girişdə qonaqları restoranın rəmzi - Qaynanа qarşılayır, həftəsonları isə məkan canlı musiqi sədaları ilə dolur. Bir sözlə, əgər siz şəhərin mərkəzində dadlı yeməklərlə şam etmək və özünüzü evdəki kimi hiss etmək istəyirsinizsə, mütləq "Qaynana"-ya baş çəkin!